"Qarabağ"ın futbolçusu Leandro Andradenin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının 29-cu turunda "Zirə"ni məğlub etdiniz. Matçla bağlı nə düşünürsən?
- Pis oyun olmadı. Amma meydanda daha yaxşı "Qarabağ" görə bilərdik. Ümumi götürsək, vacib qələbə qazandıq. İkinci yerlə aramızdakı xal fərqini daha da artırdıq. Bizim üçün çox da pis gün deyildi. Şadam ki, qələbə qazandıq.
- İkinci yerdəki "Zirə" ilə aranızda xal fərqi 15-ə yüksəldi. Növbəti matçlara necə motivasiya olacaqsız?
- Çempionluq məsələsi demək olar ki, həll olunub. Amma hər məşq, hər bir oyun inkişaf edib, oyun keyfiyyətimizi artırmaq üçün vasitədir. Ona görə də, çempionatın qalan qarşılaşmalarında da oyun keyfiyyətimizi artırmağı düşünəcəyik. Çünki qarşıda bizi həm də avrokubokların təsnifat mərhələləri gözləyir. Bunu da həmin matçlara hazırlıq mərhələsi kimi görmək olar.
- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzdunuz. Geridönüş etmək mümkün olacaq?
- Bunu çox istəyirik. Həmin oyuna köklənəcəyik. İlk görüş geridə qaldı. Qarşıda bizi cavab matçı gözləyir. Buna fokuslanacağıq. Həmin oyunda qələbə qazanmaq istəyirdik.
- Bir ara adın fərqli klublarla hallanırdı. Bu haqda düşüncələrin necədir?
- Xeyr, heç nədən xəbərim yoxdur. Bilmirəm. Hazırda "Qarabağ"ın oyunlarına köklənmişəm.