"Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allah şükürlər olsun ki, qələbə qazandıq". Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun "Sumqayıt"la matçdan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınçılıq yarandı?

- 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 bitmədi.

 

- Meydançanın vəziyyəti necə idi?

- Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir.

 

- Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?

- Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram.

 

- "Turan Tovuz" bu qələbə ilə "Qarabağ"a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, "Turan Tovuz" ikincilik uğrunda mübarizə aparır?

- Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur.

 

- "Turan Tovuz" avrokuboklara neçə faiz hazırdır?

- İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq.

 

- "Turan Tovuz" avrokuboklara düşsə, ev oyunlarını Tovuzda oynamaq istəyərsiz?

Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik.


- "Turan Tovuz"la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsız?

- Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir.