Misli Premyer Liqasının XXVI turunun "Neftçi" – "Turan Tovuz" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Paltardəyişmə otağında bu barədə danışdıq. Uşaqlar Hakmana görə döyüşdülər və qol buraxmağımıza baxmayaraq, buna görə mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə çox ağıllı oynadıq.

 

– Oyunun ədalətli nəticəsi bərabərlik idi?

– Bəli. Hesab etmək olar.

 

– Bu oyunun əsas qəhrəmanı Sergey Samoku saymaq olar?

– Təkcə o deyil. Bütün komanda bu qələbəni haqq edirdi.

 

– Neçənci dəfədir ki, komanda son saniyələrdə fərqlənir. Bununla fəxr edirsiz?

– Komanda 6 ay ərzində düzəlmir. Futbolçularımda xarakter var. Bu, bizi sevindirir.