"Qarabağ"  Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda sabah "Kayrat"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

- Bakıya hansı nəticə üçün gəlmisiz?

- Bakıya heç-heçə üçün gəldiyimizi deməzdim. "Qarabağ"a və bizə qələbə lazımdı.

- "Kayrat" sabah nəyin hesabına qalib gələ bilər?

- Maraqlı oyun olacaq. Taktika və strategiya barədə mətbuat konfransında danışmamağa üstünlük verərdim.

- "Qarabağ" neçə oyundu ki, uduzmur. B, sizin oyunçularda təzyiq yaradır?

- Təbii ki, maraqlı oyun olacaq. "Qarabağ" illərdi Azərbaycan futbolunun lideridi. Komanda avrokuboklarda hər il oynayır.

- Kamo Hovanisyanı Bakıya gətirməmisiz. Fikriniz necədi?

- Bu Kamonun şəxsi qərarıdı.

- Vaqner Lav sabah oynayacaq?

- Təəssüf ki, Vaqner "Bazel"lə oyunda zədələnib. Cəmi 2-3 məşqdə iştirak edib. Amma sabah oynaması mümkündü.