İyunun 11-də Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i olan yeni layihəsi də başladı. Final mərhələsində olduğu kimi, bizdə də 24 iştirakçı var.

Dünən üçüncü oyun günündə üç matç keçiriildi. Bunadək turnir cədvəlində altıhakimiyyətlilik idisə, indi artıq şərikli liderlər var. Bu, "Sabah"dakı həmkarımız Elnur Həmidovla "Azerisport"dan kolleqamız Ruslan Mikayıllıdı. Belə ki, onlar bunadək hesablarında olan 5 xalı bu dəfə bir günə toplayaraq, zirvəni ələ keçirib. Onlarla liderliyi bölüşənlərdən Arif Əsədovla Mehman Süleymanov indi izləyiciləri rolunu oynayır. Şərikli liderlərdən ən uğursuzu "Sumqayıt"dakı həmkarımız Rəşad Məmmədov olub ki, o, bu dəfə hesabına xal yaza bilməyən yeganə iştirakçı idi.

Əvəzində dünənki günün qəhrəmanı Samir Əliyev olub. Belə ki, U-19 yığmamızın baş məşqçisi ən çox - 7 xal toplayan iştirakçı olub və turnir cədvəlində xeyli yüksələrək, hazırda liderdən cəmi bir addım geri qalır.  Bu turda "CBC Sport"lu Şəmsəddin Abbasov nəhayət, xal hesabını açdığından buna nal olmayan iştirakı qalmayıb. 

Üçüncü oyun günün proqnozları haqda aşağı linkdən tanış ola bilərsiniz: 

https://sport24.az/bizim-futbol/kohne-qitenin-yeni-muneccimi---3-cu-oyun-gunune-proqnozlar

 

Turnir cədvəli: 

Elnur Həmidov, Ruslan Mikayıllı - hər ikisi 10, Arif Əsədov, Samir Əliyev - hər ikisi 9, Şahin Diniyev, Zaur Əzizov, Mehman Süleymanov - hər üçü 8, Rüstəm Allahverdiyev, Nicat Zülfülü, Tahir Hümmətov, Kənan Məstəliyev, Faiq Tahirov - hamısı 7, Yunis Hüseynov, Firuz Abdulla, Aslan Şahgəldiyev, Elman Himayətoğlu, Mahir Rüstəmli - hamısı 6, Aslan Kərimov, Rəşad Məmmədov - hər ikisi 5, Mahmud Qurbanov, Eldəniz Yusifov - hər ikisi 4, Gündüz Abbaszadə, İbrahim Cəfərov - hər ikisi 3, Şəmsəddin Abbasov - 1.