"Neftçi"nin yeni transferi Keysuke Honda baş meneceri olduğu Kamboca millisindəki əsas hədəfini açıqlayıb. Sport24.az xəbər verir ki, 35 yaponiyalı ulduz fubolçu 2023-cü ildə Kambocada keçiriləcək Cənub Şərqi Asiya Oyunlarının ("SEA Games") qalibi olmaq istədiklərini bildirib.

Bu yaxınlarda Kamboca Futbol Federasiyası ilə 3 illik yeni müqavilə imzalayan 35 yaşlı yarımmüdafiəçi əməkdaşlığı davam etdirməkdən məmnunluğunu ifadə edib: "Komandada güclü və potensialı olan gənclər çoxdur. Əsas məqsədimiz "SEA Games"i qazanmaqdır. Bütün rəqiblərimizi məğlub edib çempion olacağıq".

Qeyd edək ki, Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.