"Keşlə"nin əvəzedici komandasına göndərdiyi legioneri Anatoli Abanq I Divizionda fərqlənib. Sport24.az xəbər verir ki, kamerunlu hücumçu "Keşlə"-2"nin heyətində hazırda "ASK Arena"da keçirilən "Zaqatala"yla ilk turun matçında dubla imza atıb.

Belə, Abanq 17-ci dəqiqədə hesabı 1:1 edib, 35-ci dəqiqədə isə komandasını önə çıxarıb. Bu, həm Anatolenin Azərbaycanda ilk dublu olub, həm də bu liqada yeni mövsümün. 

Hazırda ikinci hissənin əvvəlidi və "Keşlə" Fərid Hacıyevin baş hakimi olduğu görüşdə fasiləyə yollandığı hesabla - 3:1 irəlidədi.

Xatırladaq ki, Anatole Premyer Liqanın III turunda “Zirə” ilə qarşılaşmada qırmızı vərəqə aldığına görə cəza olaraq əvəzedici komandaya göndərilib. Abanqla yanaşı, əsas komanda üzvlərindən Nicat Qurbanov, Şəhriyar Əliyev, Kərim Diniyev və Rafael Məhərrəmli də əvəzedicilərdə start heyətində meydana çıxıb. Onlar isə oyun praktikası sarıdan əziyyət çəkənlərdi.