"Kəpəz"in təmsil etdiyi Gəncəyə qayıdışı reallaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Nizami Yurdunun təmsilçisi Premyer Liqaya 4 illik fasilənin ardından qayıdışından sonra ilk ev matçnı ikinci dövrənin ilk turunda keçirəcək.
Çünki birinci dövrənin son 2 matçı səfərdə olacaq - əvvəlcə "Sumqayıt"la, sonra "Sabah"la. İkinci dövrəyə isə "Kəpəz" "Neftçi"ylə ev matçıyla başlayacaq ki, bu, oktyabrın 16-da saat 15:00-da olacaq.
Həmin derbinin Gəncədə olacağını indidən deyə bilərik. Təbii ki, azarkeşlərlə, amam müəyyən məhduyyətlərlə. Belə ki, 5000 tamaşaçanın stadiona daxil olaraq tribunalardayer almalarına icazə veriləcək.
"Kəpəz" doğma stadionda oynamasıyla bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcək ki, bu, müsbət cavablandırılacaq. Bu yerdə bildirək ki, son həftələrdə Gəncə şəhər stadionunda PFL prezidenti Elxan Səmədovun başçılıq etdiyi nümayəndə ilə heyəti ilə yanaşı, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla gənclər və idman nazirimiz Fərid Qayıbov baxış keçiriblər.
Xatırladaq ki, "Kəpəz Misli Premyer Liqasında yeni mövsümün startı ərəfəsində ev oyunlarını Gəncədə keçirə bilməyəcəyi haqda rəsmən məlumatlandırılıb. Buna səbəb Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdı. Nəticədə komanda startda Bakıda - "Dalğa Arena"da rəqibini qəbul etdisə, sonra nisbətən yaxın bölgə olan Qəbələdə ev matçlarını keçirdi.