"Kəpəz” transfer etmək məqsədilə düşərgəsində yer verdiyi xorvatiyalı qapıçı Mario Mustapiç Azərbaycanı tərk edib. Klubun İdarə Heyətinin sdəri İlqar Nadiri Sport24.az-a açıqlamasında gənc qolkiperin Vətəninə yollandığını söyləyib.

Belə ki, bir müddət Gəncədə olan Mario probleminin yoluna qoyulmasına çalışır: "Onun müəyyən bir sənədlərində problem çıxdı. Buna görə proseduru tam olaraq yekunlaşdıra bilmədik. Bizdən asılı məsələ olmadı. Sərbəst futbolçu olsaydı, onu "transfer pəncərəsi" açıqlanadək də sifariş edə bilərdik. Amma son klubuyla müqaviləylə bağlılığı qalıb. Xorvatiyaya da bunu həll etməyə yollanıb. Marionun xidmətində yenə maraqlıyıq. məşqlərimizdə də iştirak edib. Sadəcə, sənəd məsələsinə görə öz ölkəsinə gedib, qayıdacaq. İnşallah, qış fasiləsindən sonra komandaya qoşulacaq. "Transfer pəncərəsi"i açıqlanda keçid məsələ tam yekunlaşar". 

Onu da bildirək ki, ​"Maksimir" yetirməsi, müqaviləylə Xorvatiyanın II liqa təmsilçisi "Rudeş"ə bağlı olan 23 yaşlı Mustapiç "Sesvete", "Dubrava" klublarının da qapısını qoruyub.

 

 

MEHMAN SÜLEYMANOV