Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq.
"Kəpəz" "Neftçi"ni qəbul edir. Bu oyun xüsusilə qonaqlar üçün əhəmiyyətlidir. "Ağ-qaralar" avrokuboklara vəsiqə qazanamaq üçün gözünü kuboka dikib. Samir Abasov və komandası istəyinə çatmaq üçün ilk növbədə "sarı-göylər"i mübarizədən kənarlaşdırmalıdı.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyun
16:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz. Şəhər stadionu.