"Kəpəz" daha bir əməkdaşlıq müqaviləsi imzalayıb. Sport24.az xəbər verir ki, "sarı-göylər" Gəncə Memorial Hospitalla tərəfdaşlığa başlayıb.

 

Müqaviləni "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və Gəncə Memorial Hospitalın direktoru Vüsal Sadıqov imzalayıblar. Anlaşmaya əsasən hospital mövsüm ərzində kluba tibbi xidmətlər göstərəcək.

 

Qeyd edək ki, Gəncə klubu bir neçə gün öncə "Babir" idman geyimləri  markası arasında da tərəfdaşlıq müqaviləsi imzalanıb.