"Kəpəz" klubunun baxışa çağırdığı futbolçu Donald Donqo ilə bağlı qərarı bəlli olub. Sport24.az bu barədə Gəncə təmsilçisinə yaxın olan mənbədən məlumat əldə edib.

Komandanın baş məşqçisi Adil Şükürov Fildişi Sahilindən olan 22 yaşlı vingerin məşqdəki performansını bəyənir.

Belarusda BATE-nin formasını geyinmiş oyunçu ilə tezliklə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək. "Kəpəz" avqustun 17-də "Sumqayıt"ın qonağı olacaq.