"Neftçi" klubu iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" iki oyunçunun adını siyahıya təqdim etməyib.
Bunlar Andrey Ştoqrin və Ryonosuke Ohoridir.
Paytaxt təmsilçisi hər iki legionerlə vidalaşmaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının ilk turunda avqustun 16-da "Şamaxı"nı qəbul edəcək.