Bu gün keçiriləcək bir oyunla XXXIV ölkə çempionatı start götürür. 2025/26 mövsümünün ilk oyununda "Karvan-Yevlax" "Qəbələ"ni qonaq edir.

 

Şamaxı şəhər stadionunda baş tutacaq görüşdə ədaləti FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.

 

Qeyd edək ki, ilk turda keçirilməli olan "Sabah" - "Qarabağ" matçı ağdamlıların Çempionlar Liqasının pley-offuna vəsiqə qazanması səbəbindən təxirə salınıb.

 

Misli Premyer Liqası

I dövrə, I tur

17:00. "Karvan-Vevlax" – "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı. Şəhər stadionu