"Mançester Siti" "Tottenhem"in hücumçu Savinyo üçün təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu 21 yaşlı braziliyalı üçün 70 milyon avro təklif etsə də, "şəhərlilər" qəbul etməyib.
Savinyonun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Qeyd edək ki, forvard 2024/25 mövsümündə bütün turnirlərdə 48 matçda iştirak edib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib.