AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, bu gün baş tutan toplantıda Premyer Liqanın XXXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Kəpəz" – "Zirə" oyununda "Kəpəz" klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Kəpəz" klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
"Səbail" – "Araz-Naxçıvan" oyununda "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Səbail" klubu 700 manat cərimə edilsin (maddə 37);
"Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" klubu 800 manat cərimə edilsin (maddə 51.2);
Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 1500 manat cərimə edilsin (maddə 52.2);