"Səbail"də növbəti ayrılıq baş verib. Sport24.az.az xəbər verir ki, keniyalı futbolçu Ayub Masika paytaxt klubundan ayrılıb.

 

32 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib. Afrikalı forvard "dənizçilər"lə vidalaşıb.

 

Qeyd edək ki, 2024-cü ilin yanvar ayından "Səbail"də çıxış edən Ayub Masika paytaxt təmsilçisinin heyətində 16 rəsmi oyunda meydana çıxıb.