"Karvan-Yevlax" daha bir legioneri ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yevlax klubu yeni mövsümdə Coy Sleyd Mikelsin xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, ruandalı 30 yaşlı futbolçu başa çatan mövsümdə Premyer Liqada 19 matçda meydana çıxıb və 5 qolla yadda qalıb.