Misli Premyer Liqasında XXı turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha bir oyun keçiriləcək. Əslində iki qarşılaşma baş tutmalı idi. Ancaq "Neftçi" - "Qarabağ" matçı təxirə salındığından bütün diqqətlər Yevlaxa yönələcək.

 

"Karvan-Yevlax" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Turnir cədvəlinin "zirzəmi"sində qərarlaşan meydan sahibləri sonuncu dəfə ötən ilin oktyabrında aktivinə 1 xal yazdırıb. O vaxtdan bəri "ağ-qaralar" nəinki qələbə, ümumiyyətlə xal üzünə həsrət qalıb. Qonaqlar isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Naxçıvan təmsilçisinin bu tur ərəfəsində hesabında 30 xal var. "Qırmızı-ağlar" Yevlaxdan 3 xalla dönəcəyi halda dünən məğlub olan "Sumqayıt"ı ötərək turnir cədvəlində 5-ci pilləyə yüksələcək.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - Kəpəz" və "İmişli" - "Şamaxı" oyunları ilə yekun vurulacaq.   

 

Misli Premyer Liqası

II dövrə, XXI tur

14:30. "karvan-Yevlax" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax. Şəhər stadionu.