Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib. Sport24.az xəbər verir ki, yarımfinalda "Ordu" klubu ilə qarşılaşan "Sabah" 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

 

Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş bu gün, saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması fevralın 22-də keçiriləcək.