Polşa çempionatında 22-ci turun matçları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geydiyi "Motor" "Piast"ın qonağı olub.

 

Dadaşovun komandası rəqibini səfərdə 2:1 məğlub edib.

 

Millimizin forvardı 71-ci dəqiqədə meydana çıxıb.

 

Hazırda "Motor" 22 turdan sonra 27 xalla 12-ci pillədədir.