"Zirə"nin yeni transferi Eren Aydının Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz"a uduzdunuz. Bu nəticəyə səbəb nə oldu?
- ⁠Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, 0:2 hesabı ilə məğlub olduq. Düşünürəm ki, erkən qollar buraxdıq. İkinci hissədə yaxşı oyun sərgilədik. Qol epizodlarımız da oldu. Amma yararlana bilmədik. Növbəti qarşılaşmalarda əlimizdən gələni edərək qələbə qazanmaq istəyirik.

- "Zirə"yə keçidinizlə bağlı nə deyə bilərsən? Transfer necə alındı?
- ⁠Bu komandaya transferim bir gündə gerçəkləşdi. Buraya gəldiyim üçün çox xoşbəxtəm. Dörd aylıq müqaviləm var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm və yaxşı performans göstərməyə çalışacağam.

- "Veres" klubundan Ukraynadakı müharibəyə görə ayrıldın?
- ⁠Orda həyatı təhlükəm yüksək idi. Eleltrik kəsintisi ilə həyatıma davam edirdim. Ayrılmaq üçün klubdan icazə istədim. Onlar da bütün transferlərimə mane oldular. Portuqaliya və Türkiyə Super Liqasından təkliflərim var idi. Mən də həyatı təhlükəm olduğunu anladım. Bu səbəbdən oradan ayrıldım. Sonra hər yerdə tranafer dönəmi bağlı idi. "Zirə" mənə sahib çıxdı. Mənə inandılar. Burada əlimdən gələni edəcəyəm.

- Dörd aylıq sözləşməniz var. Özünü göstərərək müqavilənin müddətini artırmaq istəyirsənmi?
- ⁠Həqiqəyən burada olduğum müddətdə əlimdən gələni edəcəyəm. Sonra necə olacağını birlikdə görəcəyik. Hər şey ola bilər. Burada qala bilərəm. Bəlkə daha yaxşı yerlərə gedəcəyəm. Bunu mövsümün sonunda görəcəyik.

- Son vaxtlar Azərbaycanda türkiyəli futbolçuları az görürük. Ölkəmizdə oynayan türkiyəli futbolçular haqqında məlumatın var?
- ⁠Türk futbolçuları bilmirəm. Azərbaycanlı 2-3 dostumun daha əvvəl bu çempionatda oynadığını bilirəm. Məsələ, Vüsal İsgəndərliyini tanıyıram.

- Məsələn, Oktay Dərəlioğlu, Ahmet Dursun daha əvvəl ölkəmizdə çıxış ediblər.
- ⁠Onu bilirəm. Keçmişdə oynayıblar. Mənim o vaxtlar üçün yaşım azdır (gülür).