"Hamı bir-biri ilə rəqabət aparır. Üstəlik də bu matçda rəqibimiz "Qaradağ Lökbatan" mütləq qələbə qazanmalı idi". Bu sözləri Sport24-ə açıqlamasında "Karvan"ın futbolçusu Bəhruz Teymurov deyib.

30 yaşlı hücumçu Premyer Liqaya vəsiqəni təmin etdikdən sonra komanda üzvlərində arxayınlıq yarandığını bildirib: "

"İlk hissəni 0:2 hesabı ilə uduzsaq da, fasilədən sonra bərabərliyi təmin edə bildik. Çox çalışsaq da qələbə qazana bilmədik. Digər tərəfdən Premyer Liqaya vəsiqəni təmin etmişik. İstər-istəməz bu da futbolçularda arxayınlıq yaradıb. Çempionatın sonudu, hamı yorulub. Əsas məqsədimizə çatmışıq. Bu, ilk "3-lük"də yer almaq idi".

Qeyd edək ki, "Karvan" son tur ərəfəsində 47 xalla turnir cədvəlində 3-cü pillədədir.