"Premyer Liqada baş məşqçi kimi Kənan müəllimlə davam edəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında Premyer Liqaya vəsiqə qazanan "Karvan"ın mətbuat katibi Bəhruz Musayev deyib.

Klub rəsmisi baş məşqçi postunda dəyişiklik olmayacağını bildirməklə yanaşı, Azər Məmmədovun təyinatına da münasibət bildirib:

 

"O, komandanı Region Liqasından Birinci Liqaya, ordan da elitaya daşıyıb. Rəhbərlik onun işindən razıdır. Sadəcə, Kərimovun, elitada çalışmaq üçün tələb olunan kateqoriyası olmadığından Azər Məmmədov məşqçilər korpusunda köməkçi kimi çalışacaq. Kimlərin klubdan gedəcəyi isə hələ məlum deyil. Bu ayın 20-dən sonra bütün suallara aydınlıq gələcək". 

 

Qeyd edək ki, başa şatan mövsümdə I Liqada 3-cü yeri tutan Yevlax təmsilçisi 2025/26 "futbol ili"ndə Premyer Liqada mübarizə aparacaq.