"İstirahətdən sonra ilk oyunumuz idi. Təlim-məşq toplanışında olduğumuz üçün fizi yüklənmişik. Bu, bəzən oyun zamanı hiss olunurdu. Buna baxmayaraq oyunumuz pis alınmadı". Bu sözləri Sport24.az saytına açıqlamasında "Sumqayıt"ın futbolçusu Kamran Quliyev "Araz Naxçıvan"a qarşı keçirdikləri yoxlama oyunu barədə danışarkən deyib.

O, "Sumqayıt"ın ilk dövrədə çıxışını belə dəyərləndirib:

"Mövsümə yaxşı start vermədik, aşağı pillələrdə gedirdik. Turdan-tura öz oyunumuzu tapdıq və üst pilləyə yüksəldik. Daha da üst pillədə olmaq üçün gücümüz var. Bunun üçün çalışırıq".

Quliyev ikinci dövrədən gözləntilərini açıqlayıb:

"Xal ehtiyatımızı artırmalıyıq. Yanvarın 18-də baş tutacaq "Səbail" ilə oyuna köklənmişik. İlə qələbə ilə başlamaq istəyirik".

Qeyd edək ki, "Sumqayıt" qış fasiləsinə 20 xalla 6-cı pillədə yollanıb.