Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək. Sport24.az verir ki, bu barədə karyerasını yenicə bitirən 36 yaşlı qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

Kamran planda belə bir görüşün keçirilməsinin olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, azarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

Xatırladaq ki, Ağayevin son klubu "Səbail" olub.