"Bu mövsümü sevgi ilə xatırlayacağam". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges jurnalistlərə açıqlamasında deyib. 

 

29 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan Ağdam təmsilçisinin mükafatlandırma mərasimində sonra fikirlərini bölüşüb: 

 

"Getdiyin kluba qayıdanda müəyyən şübhələr olur. Allah şükür olsun ki, mənim üçün uğurlu alındı. Komanda ilə yenidən çempionluq qazandım. Bu gün onu qeyd etdik. Sabahdan etibarən növbəti oyunlar haqqında düşünməyə başlayacağıq". 

 

Braziliyalı oyunçu mayın 31-də "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçı haqqında da danışıb: 

 

"Bugünədək oynadığım bütün finallar kimi maraqlı və böyük oyun olacağını düşünürəm. Məncə, qol imkanları o qədər də çox olmayacaq. Ümid edirəm ki, layiqli olan qələbə qazanacaq". 

 

K. Borges Çempionlar Liqasındakı hədəflərdən də söz açıb: "Hər il olduğu kimi bu il də məqsədimiz əsas mərhələyə vəsiqə qazanmaqdır. Ümid edirəm ki, bu dəfə alınacaq". 

 

Təcrübəli oyunçu həmyerlisi Juninyonun "Qarabağ"a mümkün qayıdışı barədə bunları söyləyib: 

 

"Əslində bu cür xəbərlər, mətbuatda, sosial şəbəkələrdə çox çıxır. Hər deyilənə inanmaq lazım deyil. Çünki bir futbolçuya görə beş milyon avro ödəyən klub onu asanlıqla icarəyə buraxmayacaq. Belə şeylərə o qədər də diqqət yönəltməyək. "Qarabağ"ın da kifayət qədər potensialı var. Heyətimizdə böyük dəyişiklər olmayıb. Yəqin ki, mövsümün əvvəlində yeni futbolçular da gələcək".