Müdafiəçi Jordi Alba "İnter Mayami"də çıxışını davam etdirəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ABŞ klubu ilə yeni müqavilə bağlayıb.

 

Tərəflər arasında müqavilə gələn ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Alba 2023/24 mövsümündə 31 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.