AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Yığıncaqda "Lion" klubunun şikayətinə baxılıb. Müraciət qismən təmin edilib.

U-15 Liqasının "Səbail" – "Lion" oyunundan sonra qonaqların azarkeşləri hakimlər təhqir edib, onlara hədə-qorxu gəlib. AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.

Apelyasiya Arbitraj Tribunalı bu cəzanı ləğv edib. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilib.

Qeyd edək ki, apelyasiya şikayətinin qalan hissədə baxılmamış saxlanılıb.