Heydər Əliyev adına İmişli şəhər stadionu təmirə bağlanılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

 

Bildirilir ki, arena yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri ilə əlaqədar bir müddət bağlanacaq. Bu işlər klubun şəxsi kapitalı hesabına maliyyələşir.

 

Həm futbolçulara, həm azarkeşlərə ən keyfiyyətli infrastruktur təqdim etmək üçün ciddi şəkildə işlər həyata keçirilir.