Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az "Qarabağ" Bakıda "Braqa"nı qəbul edəcək.

 

 Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

 

Portuqaliyada 4:2 hesabı ilə qələbə qazanan "süvarilər"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, adını növbəti mərhələyə yazdırsın. 

 

22 fevral

UEFA Avropa Liqası, Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) 1:3 (əlavə olunmuş ikinci hissə) 

Qollar:M.Silva, 101 - R.Fernandes, 70. T.Calo, 83. S.Banza, 115.

Qırmızı vərəqə: E.Cəfərquliyev, 57.

 

Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Diyan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).

VAR: İvaylo Stoyanov (Bolqarıstan).

AVAR: Draqomir Draqanov (Bolqarıstan).

Hakim-inspektor: Petteri Kari (Finlandiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə, 

"Braqa": 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza

Ehtiyat oyunçular: Tiaqo, Horniçek, Serdar, Xose, N'dour, Bruma, Mendes, Lopes, Cissumba, Joze Fonte, Sumare, Vitor Karvalyo