Azərbaycan Premyer Liqasında XVIII turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib. Sport24.az xəbər verir ki, II Qarabağ Müharibəsi iştirakçısı Kamal Umudlu "Qarabağ"ın matçında idarəçilik edəcək. FİFA referisi Əliyar Ağayev isə bu dəfə autsayderlərin görüşünə baş hakim kimi təyinat alıb.

2 mart (çərşənbə axşamı)

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”, 18:15

“Səbail” –“Keşlə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”, 16:00