Peşəkar Futbol Liqası İkinci Liqada dekabr ayı ərzində vurulan ən baxımlı beş qolun videosunu yayımlayıb. Sport24.az xəbər verir ki, paylaşımda Elməddin Hüseynzadənin ("Xankəndi"), Ramin Məhərrəmovun ("Quba"), Turqut Mustafazadənin ("Şəmkir"), Elmar Rəhimovun ("Xankəndi") və Tofiq Nəsibovun ("Qaradağ Lökbatan") müəllifi olduğu qollar yer alıb.
Dekabr ayının ən baxımlı beş qolunun videosunu təqdim edirik.