"Sumqayıt" qış fasiləsində aparıcı futbolçularından birini itirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, iki klub Səbuhi Abdullazadəyə görə "kimyaçılar"ın "elçi daşı"nın üstündə oturub.
Söhbət "Neftçi" və "Sabah"dan gedir. Premyer Liqanın iddialıları Abdullazadəni "rənglərinə bağlamaq" üçün "Sumqayıt"a müraciət edib.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən bu məsələdə "ağ-qaralar" daha şanslı görünür. Samir Abasovun "neftçi"nin "sükanı arxasında" olması səbəbindən Bakı klubu bir addım öndədi. Ancaq "bayquşlar" daha yaxşı maliyyə şərtləri təklif edəcəyi halda "Neftçi" ilə rəqabətdən qalib ayrıla bilər.
Qeyd edək ki, futbolçunun "Sumqayıt"la müaviləsi 2026-cı ilin uynunda başa çatacaq.