Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub. Sport24.az xəbər verir ki, lider "Şamaxı" xal itirsə də zirvədə yerini qoruyub. Çətin Zaqatala səfərindən qələbə ilə dönən "İmişli" mövsümdə 8-ci qələbəsini bayram edib. "İrəvan"da turu 3 xalla başa vuranlar arasındadı.

 

Qeyd edək ki, XV turdan sonra turnir cədvəlində üçhakimiyyətlikdi.

 

I Liqa

XV tur

"İrəvan" - "Mingəçevir" 1:0
Qol: 
Samir Qurbanov, 15

"Zaqatala" - "İmişli" 1:2
Qollar:
 Cavad Qurbanlı, 44 - Elşən Abdullayev, 4, 26

"Difai Ağsu" - "Şamaxı" 0:0

 

1. Şamaxı 15 8 5 2 31-13 29
2. Qaradağ Lökbatan 15 8 5 2 25-11 29
3. İmişli 15 8 5 2 22-9 29
4. Karvan 15 8 3 4 24-15 27
5. MOİK 15 7 5 3 23-14 26
6. İrəvan 15 7 2 6 20-16 23
7. Zaqatala 15 4 6 5 19-21 18
8. Mingəçevir 15 4 2 9 11-22 14
9. Difai Ağsu 15 2 2 11 12-30 8
10. Araz Saatlı 15 1 1 13 9-45 4

 

Bombardrlər: Elşad Tağıyev (Şamaxı) – 11, Emin Zamanov (Şamaxı) – 8, Peter Kinqs (Karvan),  İsa Zeynallı. Elmir Rəhimzadə (hər ikisi MOİK), Seyxan Fərəcov (Qaradağ Lökbatan), Xəzər Mahmudov (İmişli) - 6 qol.