I Liqanın 20-ci turu çərçivəsində dünən baş tutan "Qaradağ Lökbatan" - "Cəbrayıl" (0:0) oyununda qalib müəyyənləşməsə də meydan sahiblərinə texniki məğlubiyyət veriləcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi oyunun protokolunda səhvə yol verdiyindən 1 xaldan da məhrum olacaq.

 

Qeyd edək ki, 20 turdan sonra aktivində 16 xal olan lökbatanlılar I Liqanın autsayderidir.