Mövsümün ikinci yarısına hazırlaşan MOİK transfer çalışmalarını da davam etdirir. Sport24.az xəbər verir ki, yaxın günlərdə komandanın düşərgəsinə iki yeni legioner qoşulacaq. Bu barədə saytımıza klubun baş məşqçisi Qəzənfər Abbasov məlumat verib: 

 

"Toplanış dönəmində bu gün üçüncü yoxlama görüşünü keçirəcəyik. Rəqib I Liqada çıxış edən "Baku Sportinq"di. Komandanı gücləndirmək yönündə də işlər davam edir. Yaxın günlərdə düşərgəyə 2 legionerin gəlişi gözlənilir. Onlardan biri Konqodan, digəri isə Nigeriyadandı. Onları baxışa dəvət etmişik. Etimadı doğrultsalar müqavilə bağlayacağıq".

 

Qeyd edək ki, fasilə dönəmində ordu klubu Sabir Allahquliyev, İlham Allahverdiyev və Tural Axverdiyevlə anlaşıb.