Bu gün Azərbaycan I Divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında saat 15:00-da başlayıb.

Bu mövsüm I Divizionda 15 komanda çıxış edəcək. Bunlardan 6-sı peşəkar klublardı ki, yarısı keçən mövsüm iştirak edən "Qaradağ Lökbatan", MOİK, "Zaqatala", yarısı isə debütantlar "Araz Naxçıvan", "Mingəçevir" və "İmişli"di. Komanda sayı tək olduğuna gprə hərəsi bir turda istirahət edəcəl. İlk belə komanda "Sumqayıt-2" olacaq.

Premyer Liqamızın iştirakçısı olan 10 klubdan yalnız 1-nin - "Sabah"ın ikinci komandası I Divizionda mübarizəyə qatılmayacaq. Bu liqada yeni mövsüm 24 avqustda start götürəcək.