Keysuke Honda "Neftçi"nin heyətində rəsmən debüt edib. Sport24.az xəbər verir ki, bu, Premyer Liqanın 3-cü dövrənin son turunda "Sumqayıt"la səfər matçında fasilədən dərhal sonra baş verir. 34 yaşlı yaponiyalı yarımmüdafiəçi Yusuf Lavalı əvəzləyib. Honda 64-cü dəqiqədə baş hakim İnqilab Məmmədov tərəfindən sarı vərəqəylə cəzalanıb.

Xatırladaq ki, Keysuke ümumiyyətlə, Premyer Liqamızda ilk yaponiyalı futbolçu tarixə düşüb.