İsrailin "Hapoel" (Beer-Şeva) klubunun qapıçısı Ofir Martsiano "Sabah"la matçın komandası üçün böyük əhəmiyyət daşıdığını bildirib. Sport24.az xəbər verir ki, 36 yaşlı təcrübəli qolkiper Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşdü:

 

"Özümüzü yaxşı hiss edirik. Bizim üçün çox əhəmiyyətli oyundur. Komandamıza inanırıq. Tam olaraq matça köklənmişik. Asan olmayacağını da bilirik. Qələbə qazanmaq istəyirik. Yolun astanasındayıq. Oyunun əhəmiyyətini anlayırıq. Sabah çox vacib matça çıxacağıq. İlk görüşdə qələbə qazanmışıq. Hər işin öz çətinliyi, problemi var. Bütün çətinliklər bizi daha da gücləndirir".

 

Cavab qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İki komanda arasında Buxarestdə təşkil olunan ilk duel "Hapoel"in 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.