İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojuk mətbuat konfransında açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis Bakıda "Sabah"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması öncəsi jurnalistlərin suallarını cavablandırdı:

 

"Bu qarşılaşma üçün xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum hazırlaşmışıq. İlk oyundan qalib ayrılmışıq. Üstünlüyü qorumağa çalışacağıq. Matçın favoriti "Sabah"dır".

 

İsrailli çalışdırıcı uğurlu nəticə üçün sonadək mübarizə aparacaqlarını vurğulayıb:

 

"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin çox yaxşı oyunçuları var".

 

Cavab qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflərin Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk duelində "Hapoel" 2:1 hesabı ilə qalib gəlmişdi.