"Qış hazırlığını yaxşı keçdik. Lazım olan fiziki yükləmələri aldıq və yoldaşlıq görüşləri keçirdik". Bu sözləri Sport24.az saytına açıqlamasında "Səbail"in futbolçusu Gülağa Əsədov deyib.

 

Komandasının qış təlim-məşq toplanışı dəyərləndirən yarımmüdafəçi hazırkı durumdan və qarşıdakı oyundan da söz açıb: "Hazırkı durumdan çıxmaq mümkündür. Həm gücümüz, həm də potensialımız buna imkan verir. Məşqçilərin tapşırıqlarını yerinə yetirərək və özümüzə inanaraq bu vəziyyətdən çıxa bilərik. İlk oyunumuz "Sumqayıt"a qarşı olacaq. Hər bir görüş bizim üçün çox vacibdir. Qələbə qazanmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".

 

Qeyd edək ki, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail" 2025-ci ilin ilk rəsmi oyununu səfərdə "Sumqayıt"a qarşı keçirəcək.