"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Olimpiakos"la bugünkü səfər matçı "CBC Sport"la canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, görüş yerində şərh olunacaq.

Bu məqsədlə adıçəkilən telekanlın baş redaktoru Şəmsəddin Abbasov Yunanıstana ezam olunub.

Xatırladaq ki, Pireydə "Georgios Karaiskakis" stadionundakı qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.