UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin III tur qarşılaşmaları keçirilir. Sport24.az xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandası növbəti matçına çıxıb.

 

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda İspaniyanın "Atletik" kollektivinə qarşı üz-üzə gəlib.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

 

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

UEFA Gənclər Liqası
III tur
14:00. "Atletik" U19 - "Qarabağ" U19 3:0