"10 il əvvəl "Atletik"ə qarşı oynamışıq. Əlbəttə, komandalar arasında fərq var". Bu sözləri Sport24.az-a açıqlamasında hazırda "Zaqatala"nın formasını geyinən İlkin Qırtımov deyib.
2015-ci ildə "İnter"in (hazırkı "Şamaxı") heyətində İspaniya təmsilçisi ilə matçda meydana çıxan 34 yaşlı müdafiəçi Çempionlar Liqasında bu gün keçiriləcək "Atletik" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Futbol günü-gündən inkişaf edir. Həmin vaxt İspaniyadakı qarşılaşmada möhtəşəm atmosfer var idi. Amma "Qarabağ" atmosferlə bağlı çətinlik çəkməyəcək. Komanda artıq neçə illərdir ki, bu cür matçlarda iştirak edir. Demək olar ki, artıq öyrəşiblər. Düşünürəm ki, "Qarabağ" bu rəqiblə başabaş oynayacaq. Təmsilçimizin müsbət nəticə qazanacağına inanıram".
Qeyd edək ki, bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.