Misli Premyer Liqasının XXII turunun açıılış matçı olan "Qəbələ" - "Neftçi" oyununa azarkeş marağı çox azdı. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün keçirildiyi Qəbələ şəhər stadionunda tribunaların böyük hissıi boşdu.

Bunun da əsas səbəbi Qəbələdə qarlı-şaxtalı hava şəraitinin olmasıdı.

Bununla belə, komandaları azarkeşləri tək qoymayıblar. Belə ki, "Qəbələ"ni "Res Black Army", "Neftçi"ni "Forza Neftçi" dəstəkləyir. Sonuncular paytaxtdan təxminən 30 nəfərlə gəliblər. "Qəbələ"nin fanatları yer aldıqları sektorda Azərbaycan və Türkiyə bayraqlarını yerləşdirməklə qardaş ölkəyə bu ağlr günlərində dəstəklərini nümayiş etdiriblər.

 

MEHMAN SÜLEYMANOV, Qəbələ