“Qəbələ” cari mövsüm kubokda məğlub olmayıb.

Sport24.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri keçirdiyi 5 görüşdə 4 qələbə qazanıb və yalnız 1 heç-heçə edib.

Bunadək “qırmızı-qaralar” 5 dəfə mövsümü məğlubiyyətsiz bitirib. 2011/12, 2012/13, 2013/14, 2015/16 və 2019/20 mövsümlərində “Qəbələ” kubokda uduzmayıb. Amma həmin illərin heç birində mükafat qazanılmayıb.