"Neftçi"dən ayrılan Filip Ozobiçin karyerasını Azərbaycanda davam etdirəcəyi bəlli olub.
Sport24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi "Turan Tovuz"la anlaşmaq ərəfəsindədir.

Tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, son olaraq "Neftçi"də çıxış etmiş Ozobiç ölkəmizdə "Qarabağ" və "Qəbələ"nin də formasını geyinib.