"Yuventus" yay "transfer pəncərəsi"ndə heyətini Türkiyə millisinin və "Fənərbaxça"nın müdafiəçisi Fərdi Kadıoğlu ilə gücləndirə bilər. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu Kadıoğlunun müdafiənin tək solunda deyil, həm də sağ cinahında çıxış edə bilməsini bəyənir.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu son mövsümdə Türkiyə çempionatında 1 qol vurub, 4 məhsuldar ötürmə edib.