"Çempionat ümumi olaraq yaxşı oldu. Çünki həm ilk pillədə, həm də digər mövqelərdə rəqabət var idi". Bu sözləri Sport24.az saytına açıqlamasında Vladislav Qədirov deyib. 

53 yaşlı mütəxəssis Misli Premyer Liqasının 2022/2023 mövsümünü belə dəyərləndirib: "Sabah" ilk yer üçün "Qarabağ"la mübarizə apardı. Ən əsası sonuncu pillələrin mübarizəsi idi. Çünki artıq "Qarabağ"ın çempionluğuna öyrəşmişik. Bu baxımdan rəqabət var idi. "Qəbələ" və "Zirə" avrokubok üçün sona qədər mübarizə apardı. Düşünürəm ki, yelun nəticə ədalətli oldu. "Zirə"nin son oyunlarını bəyəndim. Komanda artırırdı".

 

KAMAL RZA